Daha 1 məktəb əyani tədrisə qayıtdı

Daha 1 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

SİA xəbər verir ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə