"Britaniya təhsil imkanları üçün açıqdır"

"British Council"in direktoru: "Hədəfimiz Britaniya-Azərbaycan ali məktəbləri arasında yüksək səviyyədə əməkdaşlığın davam etdirilməsidir"

"Əsas hədəflərimizdən biri Britaniyanın ali məktəbləri və Azərbaycan ali məktəbləri arasında yüksək səviyyədə əməkdaşlığın davam etdirilməsidir".

SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "British Council"in Azərbaycandakı direktoru Frensis Qardener-Trexo deyib.

"Biz həmçinin istəyirik ki, Azərbaycanda gənclər Britaniyada təhsil imkanları barədə məlumatlı olsunlar. Biz bu istiqamətdə çalışırıq, onları təqaüd proqramları barədə məlumatlandırırıq. Britaniya təhsil imkanları üçün açıqdır. Hər il Britaniya universitetlərində 1 milyona yaxın xarici tələbə təhsil alır. Onlardan 500 minə qədəri Britaniyada təhsil alır, eyni zamanda 435 min tələbə isə dünyanın müxtəlif ölkələrində Britaniyanın beynəlxalq təhsil dərəcələri ilə bağlı proqramları vasitəsilə, Britaniya universitetlərinin xarici ölkələrdəki filiallarında və universitetlər arasında ikili əməkdaşlıq proqramları çərçivəsində təhsil alır. Xarici tələbələr ümumi tələbələrin 25 faizini təşkil edir, eyni zamanda Master və PhD dərəcələri üzrə bu rəqəm 40 faizdir."

"British Council"in direktoru qeyd edib ki, Britaniya hökuməti tələblərin xarici ölkələrdə təhsil təcrübəsi qazanması üçün layihəyə vəsait ayırıb. Bu layihə çərçivəsində britaniyalı tələbələr xarici ölkələrin universitetlərində təcrübə qaza biləcəklər. "Bu layihə çərçivəsində britaniyalı tələbələrin Azərbaycana gəlmək, bu ölkənin təhsil təcrübəsini öyrənmək imkanı da olacaq", o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə