Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

UNEC-də “Dizayn” ixtisasına qəbulda yenilik tətbiq olunacaq. Yeni qaydalara əsasən, 2020/2021-ci tədris ili üzrə UNEC-in “Dizayn” ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı verməyəcəklər. Həmin ixtisasa qəbul 11-ci sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

UNEC-in “Dizayn” ixtisasına qəbul olunan abituriyentlər üçün daha fürsət isə modern memarlıq elementləri ilə zəngin olan yeni kampusda təhsil almaq imkanıdır. Yeni tədris binasında müasir standartlara cavab verən auditoriyalar, mühazirə otaqları, laboratoriyalar, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları bu ildən tələbələrin istifadəsinə veriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə