ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub FOTO

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində “525-ci qəzet”in təşkil etdiyi, 20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin 50 illiyinə həsr olunan vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsinin yekunları ilə bağlı tədbir keçirilib.

ADU-nun rektoru, Xalq yazıçısı Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, 20 Yanvar şəhidi, həmçinin universitetimizin tələbəsi olmuş Ülvi Bünyadzadənin şəhidlik zirvəsinə qalxan ömür yolundan bəhs edib.

Qeyd olunub ki, Ülvi Bünyadzadənin xatirəsi hər zaman əziz tutulur, onun yaradıcılıq nümunələri müxtəlif xarici dillərə tərcümə edilib. Bildirilib ki, bu yaxınlarda şairin “Düşüncələr” adlı şeiri 11 dilə tərcümə olunmaqla, müxtəlif xalqların oxucularına təqdim olunub.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid təşkilatçılığa və göstərilən dəstəyə görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib. Bu müsabiqənin əhəmiyyətindən danışan qonaq, layihəni gənclərin vətənpərvəlik ruhunda böyüməsi üçün atılan addımlardan biri kimi xarakterizə edib.

Tədbirdə müsabiqəyə təqdim edilmiş mətnlərdən ibarət “Vətən – şəhid əmanəti” kitabının təqdimatı olub.

Sonda qaliblər mükafatlandırılıb.

Şəfa Vəli “Anamın boyat dərdi” essesi ilə 1-ci mükafatı qazanıb. Emin Piri “Qələmlə yazılanlar”, Günel Bayatlı (Mehdizadə) “Qəbirdə də Qarabağın özüyəm”, Heyran Cavadova “İyirmi”, İlahə Əhmədova “Qırmızıya bürünmüş qara tarix” essesinə görə - ikinciliyə layiq görülüb. Elmin Nuri “Ruhköçürmə stansiyası” essesi, Gülnar Natiqqızı “İgidim Ülvi” şeiri, Kənan Novruzov “İllər keçsə də... yaşayacaq...”, Nahidə Xəqaniqızı “Xalqın ürəyində yer alan şair”, Nərgiz Qazi “Vətəni qürbətdə yaşamaq”, Simran Qədim “İşığa toplaşanlar”, Şəhla Aslan “Torpaq - dövlətin təməli kimi” essesi ilə üçüncü mükafata layiq bilinib.

Bütün xəbərlər Facebook səhifəmizdə