Səbail rayon məktəblərinin bəyanatı

Səbail rayon məktəblərinin bəyanatı

"Bu gün AFN.az və bir neçə digər saytda Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə məlumat yayımlanmışdır". SİA-nın elektron poçtuna Səbail rayonundakı 49, 51, 91, 163 və 203 №-li məktəblərin kolletivlərindən daxil olan məktubda belə deyilir.

Bildirilir ki, bu xəbəri oxuyan zaman biz, 49, 51, 91, 163 və 203 №-li məktəblərin kollektivləri çox böyük təəssüf, həyacan və sarsıntı keçirdik: "Nə qədər iftiraçı və həyasız olmaq lazımdır ki, görülən işlərin üzərinə kölgə salınsın. Məktəblərdə ümumiyyətlə belə hall olmamış və heç bir vəsait toplanmamışdır. Belə ağ yalan, iftira kollektivlərimizi, valideynləri çox narahat etmişdir. Heç kimdən soruşmadan, məsələni öyrənmədən yalan məlumat yaymaq özü bir cinayətdir.

Siyası maraq güdən, popurist xarakterli, belə məlumatları yaymaqla özlərini reklam etməyə çalışanlar bilməlidirlər ki, yalan və iftira ilə heç bir şey əldə edə bilməyəcəklər.

Məsələ ilə bağlı araşdırma aparılıb iftiraçılara qarşı ölçü görürülməsi üçün Hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə