"Bu gün bizi düşündürməli olan əsas məsələ müasir kompitensiyalar, bilik və səriştələr ümumi əsaslara əsasən qurulmasıdır. Bu, elə qurulmalıdır ki, müəllimlər və tələbələr növbəti on illiklərdə onlardan uğurla faydalana bilsinlər". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib. Nazir bildirib ki, məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrənilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir: "İbtidai təhsildə məntiqli düşüncə , ümumi savad və həyatı vərdişlərin öyrədilməsi əsas fərd kimi qorunmalı, ana dili və riyaziyyatın tədrisinə önəm verilməldir. Fənn kurikulumlarının validyenlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi də gücləndirilməlidir". M.Cabbarov qeyd edib ki, xüsusi diqqət xarici dillərin tədrisinə yönəlməli, onlara ayrılan saatlar artırılmaldır: "Qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi, əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan təsəvvür etmək mümkün deyil. İKT texnologiyaları ayrı ixtisas deyil, hər bir peşənin və ixtisasın zəruri kompitensiyasıdır. Beynəlxalq araşdırmalar əsasında müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə İKT bacarıqları insan inkişafı üçün aparıcı amillərdən hesab edilir. gənclərin vətəndaş kimi formalaşmasında, hər bir məktəblidə vətənə məhəbbət hissi, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzmi ruhunda tərbiyə olunmasında milli ruh, milli özünüdərk temə hisslərinin aşılanması mühüm əhəmiyyəyt kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB