Direktor müavini olmaq istəyənlər BŞTİ müsabiqə elan edir

Ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş müsabiqənin ikinci mərhələsi-müsahibə başlanıb. Bakı şəhər Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, komissiya tərəfindən aparılan müsahibədə imtahan nəticəsi 60 % - dən yuxarı olan (18 – 30 sual arası) namizədlər iştirak edir.

Belə ki, yanvarın 24-ü laborantlığa namizədlər üçün keçirilən imtahanda 245 nəfər, yanvarın 25-i təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə 149 nəfər, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vazifəsi üzrə namizədlər üçün imtahanda isə 45 nəfər iştirak edib.

Qeyd edək ki, müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə