Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində "Media və təhsil dialoqu" mövzusunda praktik konfrans öz işinə başlayıb. SİA xəbər verir ki, konfransda Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri iştirak edir.
Konfrans çərçivəsində təşkil edilən "Təhsildə media təfsilatı" mövzusundakı birinci panel Bakı Dövlət Universitetində keçirilir. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov "Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi" mövzusunda məruzə ilə çıxış edir. Müzakirələrdən sonra tədbir "Krizis kommunikasiyada media" mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdiriləcək.
Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Tədbirdə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün "Sosial mediada PR texnologiyaları" və təhsil eksperti Asif Cahangirovun "Mediada qeyri-peşəkarlıq problemi" mövzularında məruzələr edəcəyi nəzərdə tutulub.
Konfransın "Media və təhsil dialoqu" mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB