Təhsil naziri: "Məktəblərdən təmir adı ilə vəsait yığılması qeyri-qanunidir"

Təhsil naziri: "Məktəblərdən təmir adı ilə vəsait yığılması qeyri-qanunidir"

"İstənilən məktəb direktorunun və ya digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün ərazilərində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb: "Orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Əgər bu kimi mənfi hallar varsa, Təhsil Nazirliyinə və aidiyyatı dövlət qurumlarına müraciət edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq, amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə