Bakı Şəhər Təhsil İdarəsinin IV siniflərdə artıq ənənə halını alan riyaziyyatdan test yoxlaması təkcə şagirdləri yox, həm də müəllimləri əhatə edir. SİA-nın xəbərinə görə, bu il də IV siniflərdə işləyən müəllimlərdən 98,83 faizi, yəni 1266 nəfəri yoxlamaya cəlb edilib. Müəllimlərdən 1,2 faizinin, yəni 15 nəfərinin cavab kartları oxunmadığından nəticəni müəyyən etmək mümkün olmayıb. Müəllimlərin yarıdan çoxu, yəni 674 nəfəri onlara təqdim edilən 15 sualın hamısını doğru cavablandırıb. 342 müəllim suallardan 14 - nə düzgün cavab verib.

Maraqlıdır ki, aşağı nəticə göstərən müəllimlər bəzi hallarda eyni məktəblərin müəllimləri olub. Artıq iki ildir ki, BŞTİ test yoxlamasında qənaətbəxş nəticə göstərməyən müəllimlərin ixtisasartırma kurslarına cəlb edilməsini reallaşdırır. Bu il də nəticələri yüksək olmayan müəllimlərin ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə