Məleykə Abbaszadə: “Azərbaycanda çap edilən orta məktəb dərsliklərində xeyli nöqsanlar var”

"Azərbaycanda çap edilən orta məktəb dərsliklərində xeyli nöqsanlar var". SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər yer alıb: "Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər". TQDK sədri qeyd edib ki, "Abituriyent" jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Onun sözlərinə görə, jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə