Gəncədə uşaq ölümü azalıb

Son illərdə Gəncə şəhərində uşaq ölümünün sayında kəskin azalma müşahidə olunur. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Səhiyyə İdarəsindən məlumat veriblər. Məlumata görə, təkcə cari ilin müvafiq zaman kəsiyində 1 yaşa qədər olan uşaqlardan yalnız 6-sı dünyasını dəyişib. Bunun müqabilində dünyaya gələn körpələrin sayında artım qeydə alınır. Son bir ilin statistik rəqəmlərinə görə Gəncədə bu il 2151 körpə dünyaya gəlib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə