I ixtisas qrupu üzrə abituriyentlərə “İmtahana buraxılış vərəqləri”nin verilməsinə başlanıb

I ixtisas qrupu üzrə abituriyentlərə “İmtahana buraxılış vərəqləri”nin verilməsinə başlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da keçiriləcək I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün "İmtahana buraxılış vərəqləri"nin verilməsinə başlanıb. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, I ixtisas qrupu üzrə 34 988 abituriyent sənəd verib və onlardan 31707-si Azərbaycan, 3281-i isə rus bölməsinin məzunlarıdır. İmtahanların Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində təşkil olunacağını deyən E.Nağızadə vurğulayıb ki, I ixtisas qrupları üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimi mərhələsində iştirak etmək şansı əldə edəcək. Onun sözlərinə görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə