Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 mindən çox vakant yer ayrılıb - AÇIQLAMA

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 2 mindən çox vakant yer ayrılıb - AÇIQLAMA

2011-2012-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər elan edilib. Bu barədə SİA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. Onun sözlərinə görə, müəlimlərin işə qəbulu üzrə müsabiqəyə 2 mindən çox vakant yer çıxarılıb ki, var və bunun da 323-ü Bakı şəhəri, 1785-i regionların payıa düşür. O bildirib ki, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün elektron ərizələrin doldurulması iyulun 1-dən 15-dək aparılacaq.

"Namizədlər Təhsil Nazirliyinin internet saytina (www.edu.gov.az) daxil olaraq ərizələri doldura bilərlər. Müsabiqədə pedaqoji profilli bütün ali və orta ixtisas təhsili müəssisələrini bitirən, müvafiq dövlət təhsil sənədi (diplom) alan müəllimlər iştirak edə bilərlər. İyulun 15-dən sonra nazirlik tərəfindən müəyyən təhlillərin aparılacağını və avqust ayında isə ütün müraciət edən müəllimlərlə fənlər üzrə imtahan keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 3 mərhələdə keçirilir. Belə ki, I mərhələdə müsabiqədə iştirak etmək üçün elektron ərizə vermiş namizədlərin təhsil və nailiyyət göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında, kompyuter proqramı vasitəsilə qiymətləndirilir, II mərhələdə namizədlərlə test imtahanı, III mərhələdə isə müsahibə keçirilir. Hər bir namizəd ixtisası üzrə ən çoxu 4 vakant yer seçə bilər. Elektron ərizəsi təsdiqlənən namizədlər 21-25 iyul tarixlərdə kod və parol vasitəsilə "Şəxsi kabinet"ə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər. Güman edirik ki, yeni dərs ili başlayanadək biz artıq müəllimləri iş yerlərinə göndərə biləcəyik. Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə, gənclərin çağırışa qədərki hazırlığı, informatika fənləri, rayon yerlərində daha çox Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, informatika və xarici dil müəllimlərinə ehtiyac var. Daha çox müəllim ehtiyacı İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarındadır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə