Xəbər verdiyimiz kimi paytaxt məktəblərinin məzunları iyunun 17-si mərkəzləşdirilmiş buraxılış imtahanı verəcəklər. Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının SİA-ya veridyi xəbərə görə, paytaxtın orta məktəblərini başa vuracaq 23 minə yaxın məzunu iyunun 20-dən sonra attestatlarını əldə edə biləcəklər.
İyunun 20-dək imtahanların cavablarının açıqlayacağının nəzərdə tutulduğunu deyən Z.Əliqızı vurğulayıb ki, məzunlar hər il olduğu kimi Təhsil Nazirliyinin saytında kodlarını yazmaqla attestat qiymətlərini öyrənə biləcəklər. Onun sözlərinə görə, abituriyentlərin attestatlarını iyunun 20-dən 25-dək alacaqları planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB