“Artıq bir sıra ölkələrin Türkiyədən qaz almaq tələbləri var”
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez “Qara dəniz qazını quruya çatdırmaq üçün dənizin dibi ilə çəkilən boru kəmərinin 97 faizi tamamlanıb” deyə bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, “TRT Haber”dəki çıxışında F.Dönməz deyib: “Türkiyə dünyadakı həmyaşıd mərkəzləri ilə müqayisədə qaynaq müxtəlifliyi baxımından ən zəngin ölkələrdən biridir.
Qara dənizdəki Sakariya qaz yatağında işlər davam edir. Dənizdə boru kəməri işləri 97 faiz tamamlanıb. Qarşıdakı həftədə naqil işlərini yekunlaşdıracağıq. Məqsədimiz 10 istehsalat sahəsinin açılmasıdır ki, 9-u tamamlanıb. Mart ayının sonuna qədər sistemə ilk qazı verəcəyik.
Sakariya qaz yatağında və Amasrada beynəlxalq şirkətlər üçün yatağın ehtiyatlarını qiymətləndirən araşdırma apardıq. Yeni kəşflər gözlənilir.
Artıq bir sıra ölkələrin Türkiyədən qaz almaq tələbləri var.
Biz hər kəsin “qazan-qazan” prinsipində razılaşa biləcəyi şəffaf bazar yaratmaq istəyirik. İlin sonuna qədər öz xəritəmizi çəkəcəyik. Yanvar, ya fevralda mənbə və istifadəçi ölkələri bir araya gətirməklə bazarın işləməsi üçün lazımi rəylər verilməli və tez bir zamanda hərəkətə keçilməlidir.
Enerji diplomatiyası çərçivəsində bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və İndoneziya kimi ölkələrə səfər etdik. Bu ölkələrlə birlikdə işləyə bilərik. Afrikada dənizdə əməliyyat imkanlarını artırma təklifləri var. Əlcəzairlə görüşümüz olacaq, bizi dəvət ediblər. Bu ölkələrlə qarşılıqlı əməkdaşlığı müzakirə etdik. Məncə, işimizin bəhrələrini ən qısa zamanda görəcəyik.
Nüvə enerjisi Avropa və bir çox inkişaf etmiş ölkədə təmiz enerji mənbəyi olaraq ön plana çıxacaq. Akkuyuda işlər davam edir. Orada 4 elektrik stansiyası tikirik. Bu, 4 reaktor 4 elektrik stansiyası deməkdir. İlk reaktoru 2023-cü ilin sonuna kimi, digər reaktorları da illik fasilələrlə istifadəyə verəcəyik".
Akkuyu ilə başlayan nüvə stansiyaları Sinop və Trakiya ilə davam edə biləcək.
Türkiyənin enerji tələbatının planlaşdırılması davam edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB