Dünya bazarındakı qiymət artımı Azərbaycana necə təsir göstərir? - İQTİSADÇI-EKSPERT DANIŞDI
“Dünya bazarındakı qiymət artımları Azərbaycana idxal inflyasiya formasında təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Statistikası Komitəsinin məlumatı onu deməyə əsas verir ki, ölkəyə daxil olan məhsullarda müşahidə edilən artım istehlak bazarında qiymətlərin proqnozlaşdırılmasından daha çox artmasına gətirib çıxardır: “Bu Azərbaycandakı istehlak bazarında qiymətlərin artması təbii ki, arzuolunan bir hal deyil. Bu konteksdə Nazirlər Kabinetinin əsas həyata keçirdiyi fəaliyyətlərdən biri də məhz anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Strateji olaraq idxalın aradan qaldırılması dünya bazarındakı qiymət artımlarının Azərbaycandakı istehlak bazarındakı təsirlərini minimallaşdıra bilər. Bu baxımdan əsas məqsədlərdən biri də dünya bazarındakı qiymətlərin Azərbaycanın istehlak bazarına təhsillərini minimallaşdırmaq üçün yerli istehsalın genişləndirilməsi, idxalın payının azaldılmasına nail olmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB