Pərviz Şahbazov Moskvada Aleksandr Novakla görüşüb

Pərviz Şahbazov Moskvada Aleksandr Novakla görüşüb

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub.

Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC+” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Elektrik enerjisi, bərpaolunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə