“Bu mövsüm "Azəristiliktəchizat"ın balansında olan məktəblərdə istiliklə bağlı heç bir problem olmayacaq”. SİA xəbər verir ki, bu fikirləri "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.
O qeyd edib ki, respublikada 4000-dən çox məktəb var, amma onların çox az hissəsi "Azəristiliktəchizat"ın balansına düşür: "Bizim balansımızda olan məktəblərdə heç bir problem olmayacaq. Söhbət 250-yə yaxın təhsil müəssisəsindən gedir. Digər təhsil müəssisələrində də xidmətin düzgün təşkil olunması üçün Elm və Təhsil Nazirliyinə köməklik göstəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB