Liviya neft hasilatının məhdudlaşdırılmasından azad edildi

OPEC ölkələrinin qəbul etdiyi qərar nəticəsində noyabr ayından etibarən gündəlik neft hasilatı 2 milyon barrel azalacaq. SİA xəbər verir ki, Liviyanın sözügedən qərardan azad edildiyi bildirilib.

Liviya, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarından azad edilib. Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvlü OPEC və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirlərinin Avstriyanın paytaxtı Vyanada keçirilən 33-cü Nazirlər Toplantısından sonra Liviya Milli Birlik Hökuməti Nazirliyi tərəfindən açıqlama verilib. Açıqlamada İran və Liviyanın noyabr ayından etibarən başlayacaq gündəlik neft hasilatının azaldılması qərarından azad edildiyi qeyd edilib.

Ötən il OPEC+ qrupu Liviyanı çətin şəraitdə olduğu üçün neft hasilatını azaltmaq qərarından azad edib. Liviyanın gündəlik neft hasilatı təxminən 1 milyon 200 min barreldir. OPEC+ qrupunun energetika və neft nazirləri Vyanada keçirilən iclasda noyabr ayı üzrə gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə