"Bu günə qədər əhali 6923 m3 həcmində oduncaqla təmin edilib" - QURUM RƏSMİSİ AÇIQLADI

"Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarında qazlaşdırılmayan 334 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir". Bunu SİA-nın sorğusuna cavab olaraq Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, bugünədək Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarının əhalisi 6923 m3 həcmində oduncaqla təmin edilib.

“Lənkəran rayonu üzrə 127 m3, Masallı rayonu üzrə 886 m3, Astara rayonu üzrə 1503 m3, Lerik rayonu üzrə 2528 m3, Yardımlı rayonu üzrə 1219 m3, Cəlilabad rayonu üzrə isə 660 m3 oduncaq tədarük olunub. Odun yanacağı əldə etmək istəyənlər Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə