Gübrənin bahalaşması iqtisadiyyata necə təsir edəcək? - İQTİSADÇI ŞƏRH ETDİ

"Gübrənin bahalaşması təkcə Azərbaycanda deyil, həm də dünyada kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, gübrə gündəlik tələb etdiyimiz meyvə və tərəvəzlərin yetişdirilməsində istifadə olunur: "Gübrənin bahalaşması onların istehsal xərclərini artırır. Bunun nəticəsində də ərzaq qiymətlərində artım müşahidə olunur. Azərbaycan iqtisadiyyatında gübrənin qiymətinin artımı ikitərəfli təsir göstərir. Azərbaycan gübrə ixracatçısı olduğuna görə gübrənin bahalaşması ölkənin icrac gəlirlərini artırır. Eyni zamanda da gübrənin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsal xərclərini artırdığı üçün qiymətlərin artmağına səbəb olur".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə