Ölkənin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət alıb

Əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindəndir. Basqal Azərbaycanda mövcud olan o yaşayış məntəqələrindəndir ki, orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır. Basqal Azərbaycanın qədim tarixi məkanlarındandır. Bu yurdun inkişafı daima dövlətin diqqətindədir. Bu səbəbdən də ölkə başcısı İlham Əliyev özü səxsən bu ərazidə olmuş, gedən inkişafla bilavasitə yaxından tanış olmuşdur. Son illər ərzində bu bölgədə quruculuq-abadlıq işləri daha da geniş vüsət almışdır. Yalnız mədəni sahədə deyil, bütün sahələrdə bu inkişaf özünü göstərir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Bununla yanaşı, tarixi abidəmiz olan ”Diri Baba” türbəsi bərpa olunub. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.

Bir çox sahələrdə işlər aparmaqda əsas məqsəd bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətində gələcək inkişafını təmin etməkdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən, Azərbaycan da bu istiqamətdə fəal iş aparır. İnanırıq ki, bu Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Ölkəmiz maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə edir. Bu il 50 min hektar taxıl əkilmiş və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlavə etmişdir ki, orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq növbəti illərdə məhsuldarlıq daha da artacaq, həmçinin əkin sahələri də artacaq. Bütün müasir aqrotexniki tədbirlərin görməklə, o cümlədən suvarma məsələlərinin düzgün təşkil etmək şərtilə taxılçılıq üçün ən azı 100 min hektar dövriyyəyə buraxa bilərik. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur. Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Lakin Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Artıq ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Lakin Azərbaycanın taxılla özünü tam təmin etməsi hələ uzun illər mümkün olmayacaq. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi. Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağdakı mövcud vəziyyətə də toxunub. Bildirib ki,10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, - danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, - mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Həmçinin, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılacaq. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır.

Biz bir xalq olaraq daim sülhün tərəfdarıyıq. Müharibə olmasın, xalqımız firəvan, xoşbəxt yaşasın.

Gülnar Hüseynzadə

Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə