Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 120,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 114,61 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə