"Beynəlxalq Xəzər neft-qaz sərgisi Azərbaycan üçün əhəmiyyətli platformadır" - DEPUTAT ŞƏRH ETDİ
“Ötən əsrin 90-cı illərindən Azərbaycan artıq ciddi şəkildə özünün enerji siyasətini formalaşdırmağı həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, siyasi iradəsi sayəsində imkan verdi ki, 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalansın”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, "Əsrin müqaviləsi" bütövlükdə Azərbaycanın inkişafının ən təsirli drayveri rolunda çıxış etdi: “Nəzərə almaq lazımdır ki, müstəqilliyinə dağınıq iqtisadiyyatla qədəm qoyan Azərbaycan üçün milli iqtisadi sistemin yenidən formalaşdırılması həyati vacib məsələ idi. Məhz bu amildən çıxış edən Ulu Öndər ölkəyə genişhəcmli sərmayələrin cəlb olunmasını ən vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Bu istiqamətdə də ciddi addımlar atılmışdı. Azərbaycanın enerji siyasətinin də bütün elementləri məhz Ulu Öndər tərəfindən formalaşdırıldı. Bütün sahələrdə olduğu kimi enerji siyasəti, diplomatiyası sahəsində də atılan addımlar böyük inkişafa səbəb olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB