Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

Türkiyənin çay ixracında rekord artım qeydə alınıb

Türkiyənin çay ixracı cari ilin yanvar-may dövründə 15 faiz artıb.

SİA TRT-yə istinadən xəbər verir ki, Şərqi Qara Dəniz İxracatçılar Birliyi (DQİB) İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bu barədə məlumat yayıb. Bildirib ki, yanvar-may aylarında 2982 ton çay ixrac edilərək 9 milyon 801 min 535 dollar gəlir əldə edilib.

Gürdoğanın sözlərinə görə ən çox çay ixrac edilən 3 ölkə Belçika, Almaniya və Böyük Britaniya olub. 2 milyon 237 min 680 dollarlıq ixrac həcmi ilə Bekçika ilk sırada iştirak edib. Bu ölkəni 1 milyon 484 min 780 dollara Almaniyaya, 1 milyon 248 min 404 dollarla isə Böyük Britaniya izləyib.

Gürdoğan həmçinin qeyd edib ki, 2022-ci ildə keçən ildən fərqli olaraq Macarıstan, Fil Dişi Sahili, Kamerun, Ekvatorial Qvineya, Qambiya, Keniya, Estoniya, Çexiya və Mayottaya da çay ixrac etdiyimiz ölkələr arasına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə