"Beynəlxalq Enerji həftəsi region üçün çox önəmlidir" - İQTİSADÇI AÇIQLADI
“Beynəlxalq Enerji həftəsi çərçivəsində keçirilən neft-qaz sərgisi bütövlükdə Xəzər regionunun ən böyük tədbiridir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu tədbirdə 30 ölkədən 249 şirkət iştirak edir: “Burada ABŞ, Avropa İttifaqına üzv olmuş ölkələr, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Sinqapur, Çin və s. aparıcı ölkələrin şirkətləri təmsil olunur. Bütün bunlar isə onlardan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorların məlumatı baxımından vacibdir. Ona görə də təbii ki, belə bir tədbirin keçirilməsi Azərbaycanın regionda enerji siyasətində öndə olan dövlətlərdən biri olduğunu təsdiq edir. Bu Azərbaycanın enerji sahəsindəki əlaqələrinin qurulması, müzakirələrin aparılması, yeni texnologiyaların tətbiqi imkanları ölkəmizin potensialının tətbiqi deməkdir. Bu Azərbaycanın enerji sektoru, eyni zamanda iqtisadiyyatı üçün önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB