Azərbaycan manatının dövretmə sürətinin azlamasına SƏBƏB NƏDİR? - İQTİSADÇI AÇIQLADI

Azərbaycan manatının dövretmə sürətinin azlamasına SƏBƏB NƏDİR? - İQTİSADÇI AÇIQLADI

“Pul dövriyyəsində artıq plastik kartlardan sıx şəkildə istifadə olunmağa başlanılıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda yenə də əsas pul dövriyyəsində daha çox nağd vəsaitlərdən istifadə olunsa da, buna rəğmən nağdsız vəsaitlərin müqayisəli şəkildə payın artması müşahidə olunmaqdadır: “Təbii ki, digər tərəfdən iqtisadiyyatın aparılması da ilkin ödənişlərin formasına və istiqamətinə təsir göstərir. Bu baxımdan pulun dövretmə sürətinin azalması nəticə etibarilə pul bazasının mövcud həcminə və eyni zamanda pandmiya və post-pandemiya dövrünün şərtlərinə uyğundur. Həmçinin iqtisadiyyatın artırılması da pulun hərəklərinə birbaşa təsir göstərir. Plastik kartlardan istifadənin çoxalması ödənişlərin onlayn (online) və ya elektron formada ödənilməsinə gətirib çıxardacaq. Realıq isə bundan ibarətdir ki, mövcud pul, kredit siyasəti nəticə etibarilə pulun dövretmə sürətinə, real sektordakı tələbə və makro iqtisadi stabiliyin qorunmasına uyğun olaraq həyata keçirilir. Növbəti dövrlərdə xüsusən iqtisadiyyatın inkişafı hesabına pul bazasının genişlənməsi və artması müşahidə olunacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə