BƏƏ şirkəti Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək

Daha 2 sahibkara Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 9-a çatıb.

SİA-nın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"“Agah Group” MMC metal məmulatlarının istehsalı müəssisəsi inşa edəcək, BƏƏ kapitallı “Expert Services FZE” MMAZM isə ağır texnikaya xidmət göstərilməsi ilə yanaşı, həm də istehsal fəaliyyəti ilə məşğul olacaq.

İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək", - M.Cabbarov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə