“Azəriqaz” İB-in növbəti “Açıq mikrofonu”u Qubada keçiriləcək

“Azəriqaz” İB-in növbəti “Açıq mikrofonu”u Qubada keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. ”Azəriqaz” İB-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Barlı kəndində təşkil olunacaq. Aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə