"Rus rublunun dəyərinin artmasının bir neçə əsas səbəbi var. Səbəblərdən biri də Rusiyaya müharibə fonunda tətbiq edilən sanksiyalar zəminində ölkədə kapital axınını inzibati qaydada məhdudlaşdırılmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, Rusiya rublunun başqa valyutalarla almağa qarşı sərt məhdudiyyətlər qoyuldu, ciddi komissiyalar tətbiq edildi: "Belə ki, insanlar öz valyuta depozitlərini də çıxara bilmirdilər. Məhdudiyyətlər Rusiya rublunun məzənnəsinin dəyişməsində kapital bazarına təsirini ciddi şəkildə azaltdı. Digər tərəfdən isə müharibə fonunda tətbiq edilən sanksiyalar ona gətirib çıxardı ki, enerji resurslarının, Rusiyanın ixrac etdiyi əmtəə məhsullarının qiyməti qalxdı. Bununla yanaşı taxıl da bahalaşdı, rüsumların qiymətini də artırıldı. Metal məhsulları, meşə sənayesinin mallarının qiyməti də bahalaşdı və Rusiya daha çox valyuta əldə etməyə başladı. Buna görə də rubl bahalaşmağa başladı.
Rublun daha da bahalaşması gözlənilmir. Rusiya sanksiyalardan dərhal sonra rus rublunun faiz dərəcəsini 9,5 dərəcədən 20-yə qaldırdı. Daha sonra vəziyyəti nəzarətə alandan sonra 20-dən 17-yə saldı. Bu günlərdə Rusiya Mərkəzi Bankının rəsmisinin verdiyi məlumata görə, bank rublı daha da ucuzlaşdırmağı planlaşdırır. Rus mərkəzi bankı bilərəkdən həmin dövrdə rus rublunu qorudu. İndi də rus rublunu daha da bahalaşmasının qarşısını almağa çalışır. Bu da rublun bahalaşmayacağına əminlik yaradır. Rus rublunun daha da bahalaşması Rusiya hökumətinin büdcə öhdəliklərini icra etməyə çətinlik yarada bilər. Rusiya tədiyyə balansı üçün çətinliklər yarada bilər. 1 dolların 75-85 rubl arasında formalaşması rusiya üçün maraqlıdır. Rus rublunun bahalaşması Rusiyanın maraqlarına uyğun deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB