Dünya Bankı bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faizdən 3,2 faizə endirilib.
Dünya Bankı bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Dünya Bankı bu il üçün qlobal iqtisadi artım proqnozunu aşağı salıb.

SİA-nın əldə etdiyi məlumata görə, Dünya Bankının prezidenti David Malpass 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsinin təsiri ilə 2022-ci il üçün qlobal iqtisadi artım proqnozunu 4,1 faizdən 3,2 faizə endirdiklərini bildirib.

David Malpass telekonfransla keçirilən görüşdə Rusiyanın Ukraynaya hücumu səbəbiylə bu il qlobal iqtisadi artım proqnozlarını aşağı saldıqlarını və ortaya çıxan müxtəlif böhranlar üçün böyük bir maliyyə paketi həyata keçirməyi planlaşdırdıqlarını açıqlayıb.

Bankın böyümə proqnozunun aşağı salınmasının Rusiya və Ukraynanın da daxil olduğu Avropa və Mərkəzi Asiyada görünüşün pisləşməsi ilə bağlı olduğuna diqqət çəkən Malpass bu il qlobal iqtisadi artım proqnozunun 4,1 faizdən 3,2 faizə endirildiyini bildirib.

Malpass müharibə nəticəsində ərzaq və enerji qiymətlərinin artması səbəbindən inkişaf etmiş və bir çox inkişaf etməkdə olan iqtisadiyyatlar üçün proqnozların aşağı salındığını bildirib.

Dünya Bankının müharibənin yaratdığı iqtisadi çətinliklərə cavab olaraq 170 milyard dollar həcmində yeni 15 aylıq maliyyə paketini müzakirə edəcəyini bildirən Malpass bunun təxminən 50 milyard dollarının qarşıdakı 3 ayda paylanmasının hədəfləndiyini qeyd edib.

Malpass bildirib ki, aşağı və orta gəlirli ölkələr üçün borc böhranının bu il daha da pisləşəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə