Rusiya Federasiyasının Xəzinədarlığı ölkənin ABŞ banklarındakı hesablarından ABŞ dolları ilə borc vəsaitlərinin köçürülməsini dayandırıb. Bundan başqa, Rusiya iki istiqrazla bağlı qaydaları pozaraq treyderlərə ödənişləri dollarla deyil, rublla verib. SİA bu barədə rus mətbuatına istinad edir.
Bəzi analitiklər Putin rejiminin dərin maliyyə və siyasi təcridinin Rusiyaya uzun müddət defoltdan qaçmağa imkan verəcəyinə şübhə etsələr də, borc sığortası üzrə məlumatlar indi ICE-nin son araşdırmasına görə, 12 ay ərzində təqribən 90 faiz defolt şansı verir.
Bundan əlavə, S&P Rusiyanın xarici valyutada reytinqlərini selektiv defolt səviyyəsinə endirib.
Qeyd edək ki, bu son 100 ildə Rusiyanın üzləşdiyi ilk daxili defolt kimi tarixə düşəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB