Tvinniq layihəsi 22 ay davam etməklə tam icra edilib - TAHİR BUDAQOV
““Biznes statistikası məlumatların toplanılması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinniq layihəsinin əsas məqsədi Azərbaycanda özəl sektorun, o cümlədən kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasıdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasiminə həsr olunan konfransda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri də statistik biznes reyestrlərinin təkmilləşdirilməsi və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikasının metodologiyasının Avropa İttifaqının standartlarına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin potensialının artırılmasından ibarətdir: “Tvinninq layihəsinin icrasına 2020-ci ilin iyun ayından başlanılıb. Üç komponentdən ibarət olan layihə 22 ay davam etməklə tam icra edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB