"Əkinçilik işlərinin aparılması ondan xəbər verir ki,..." - İQTİSADÇI AÇIQLADI

"Əkinçilik işlərinin aparılması ondan xəbər verir ki,..." - İQTİSADÇI AÇIQLADI

“Qarabağın və eləcə də işğaldan azad olunmuş ərazilərimizin məhsuldar torpaq fondu aqrar sektorun inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağın kənd təsərrüfatının inkişafı və əkinçiliyin genişləndirilməsi baxımından böyük imkanları var: “İşğaldan azad olunmuş ərazilərimizdə əkinçilik işlərinin aparılması ondan xəbər verir ki, bu proses ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının həcminə böyük töhfə verəcək. Dünyada ərzaq qıtlığı müşahidə olunduğu bir dövrdə həmin ərazilərimizin torpaq fondundan istifadə edilməsi yerli istehsalın artırımına kömək olacaq. Bu konteksdə ən vacib məqamlardan biri məhz strateji məhsulların tələbinin ödənilməsində işğaldan azad olunmuş ərazilərimizin rolunun artırılmasıdır. Qarabağda artıq əkin işlərinin aparılması və kənd təsərrüfat məhsularının istehsalının təşkil edilməsi, idxalın azadılması tələbi yerli istehsal baxımından vacibdir. Bütün bunların hamısı növbəti dövrlərdə Qarabağın Azərbaycanın kənd təsərrüfatının inkişafında aparıcı drayverlərdən biri kimi çıxış edəcəyindən xəbər verir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə