Əmlak Məsələləri Dövlət Xidməti ötən ay ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, ötən ay ərzində ümumilikdə 264 yeni icarə müqaviləsi bağlanılıb. SİA-nın verdiyi məlumata görə, xidmətdən bildirilib ki, bundan 95-i qeyri-yaşayış sahələri üzrə, 169-u isə torpaq sahələrinə dair olub. 2021-ci ilin fevral ayı ilə müqayisədə 172 ədəd və ya 2,9 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 1,74 milyon manatdan artıq vəsaitin ödənilməsi təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB