Mərkəzi Strateji Araşdırmalar Mərkəzinin Makroiqtisadi təhlil və maliyyə bazarları departamentinin rəhbəri Natalya Safina RİA Novosti agentliyinə müsahibəsində Qərbdə inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırıb.
SİA bu barədə “lenta.ru” saytına istinad edir.
Onun sözlərinə görə, Rusiyanın xammal ixracına qoyulan məhdudiyyətlər ABŞ və Aİ ölkələrində böyük inflyasiya təzyiqinin əsas mənbəyi deyil, lakin sanksiyalar qlobal qiymət artımını daha da sürətləndirən ciddi amilə çevrilə bilər.
Analitik vurğulayıb ki, Rusiyaya qarşı sanksiya təzyiqinin artması artıq əksər əmtəələrin bahalaşmasına səbəb olub. O, sanksiyaları qlobal inflyasiyanın sürətlənməsi üçün ciddi amil adlandırıb.
Safina əlavə edib ki, son bir ildə Qərbdə inflyasiyanın sürətlənməsi problemi yaranıb. Onun sözlərinə görə, buna uzun müddət davam edən boş pul siyasəti və bazarlarda likvidliyin böyük artımı səbəb olub. Bundan əlavə, ekspert səbəblər arasında işçi qüvvəsinin hərəkətliliyində davam edən problemləri və tədarük zəncirlərinin pozulmasını qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB