Azərbaycana investisiya axını artmaqdadır - İQTİSADÇI AÇIQLADI

Azərbaycana investisiya axını artmaqdadır - İQTİSADÇI AÇIQLADI

"Cənab Prezident müsahibəsində bir sıra önəmli məsələlərə toxundu. Qeyd etdi ki, xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Prezidentin bu fikri ilə tamamilə razıyam. Ümumiyyətlə, xarici investorlar hər hansı bir ölkəyə yatırım etməzdən öncə bir neçə mötəbər təşkilatların reytinqlərinə baxırlar. Bunlardan biri də "Doing business"dir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, "Doing business" ölkələrin reytinqlərini açıqlayır: "Bunlardan biri də dünya bankının reytinqidir. Dünya bankı tərəfindən ölkələrin qiymətləndirilməsi həyata keçirilir. Həmin reytinqə görə, Azərbaycan son bir neçə il ərzində 32 pillə irəliləyərək investisiya yatırmaq üçün münbit bir ölkə olduğunu sübut etdi. Ümumiyyətlə, Azərbaycanın milli iqtisadiyyatının inkişafını 3 mərhələyə bölmək olar: birinci dövr 1994-cü ilə qədər olan mərhələ, ikinci mərhələ “Əsrin müqaviləsi” imzalandıqdan sonrakı mərhələ, üçüncü mərhələ isə 2015-ci ildən bu günə qədər olan mərhələdir. Həmin dünya bankının reytinqində ölkələr üzrə qiymətləndirmələr bir çox meyarlar üzrə həyata keçirilir. Həmin ölkələrdə məhkəmə hüquq sisteminin vəziyyəti ilə bağlı məsılələr qiymətləndirmə meyarı olaraq göstərilir. Bu qiymətləndirmə meyarları həyata keçdikdən sonra ölkələrin illik reytinqi dərc olunur. Azərbaycan son illərdə 57-ci yerdən 25-ci yerə qədər yüksəlib. Bu da çox böyük bir layihədir. İldən-ilə də bu reytinqlərin açıqlanmasından sonra Azərbaycana investisiya axını artmaqdadır. Düşünürəm ki, gələcək illərdə də bu halların şahidi olacağıq. Amma bu, təkcə reytinqlərlə aparılan bir proses deyil. Həmin bu işlər Azərbaycanın geo-strateji mövqeyə malik olması, eyni zamanda Vətən müharibəsində yaranmış yeni geo-strateji, iqtisadi reallıqlardan sonra ortaya çıxıb".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə