Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ötən il kəskin artırılıb
Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 54 mln. ABŞ dolları olub. Bu göstərici 2020-ci ilin göstəricisi ilə müqayisədə 15 faiz artıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 12 mln. dollar olub ki, bu da illik müqayisədə 7,7 faiz azdır.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Hesabata əsasən, ötən il CQBK-nin gündəlik orta ötürücülük gücü 48,5 mln. kubmetr olub ki, bu da illik müqayisədə 43,5 faiz çoxdur.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, "SOCAR Midstream Operations" isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB