Azərbaycan Avropa üçün yeni qaz mənbəyinə çevrilir - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan hazırda çox şaxəli enerji siyasəti yürütməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühim rol oynayır. Ötən 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilib və enerji resurslarını şaxələndirərək yeni bazarlar əldə edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan TANAP və TAP kəmərlərinin qısa illər ərzində başa çatdırmaq böyük iradənin nəticəsi idi və 2020-ci ilin sonundan etibarən Avropa İttifaqına qaz ixracını təmin etdi. Beləliklə, Azərbaycan Cənub Qaz Dəhlizinə qoşularaq regionda ən nəhəng qaz marşrutlarının yaradılmasına nail olan ölkəyə çevrilibdir. Bunun fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısızamanı səslənən bəyanatlarda da şahidi olduq. Azərbaycan hazırda Avropa bazarında enerjinin çoxşaxəliliyini və yeni resursların ixracını təmin etməyi bacaran ölkə kimi qlobal iqtisadi xəritədə yer alır. Cənab Prezident İlham Əliyevin həmin toplantıda bəyan etdiyi kimi biz dünyanın bütün ölkələri ilə açlıq vı sıx dialoq şəraitində ən yaxın münasibətlıəri quran ölkəyik, bizim tərəfdaşlarımız hər il artır, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha da fəal rol alır. Cənub Qaz Dəhlizi bu baxımdan son illərin ən səmərəli nümunəsidir. Bu layihənin həyata keçməsi həm Azərbaycan-Aİ əməkdaşlığının real əsasda inkişafı, həm də Avropanın enerji təhlükəsizliyinin təmini üçün vacibdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın zəngin qaz ehtiyatları mövcuddur və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr qiymətləndirilir: “Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda, yeni yataqların kəşf edilməsi ilə bağlı işlər davam etdirilir. Bu, xarici şirkətlərin və Avropa ölkələrinin də marağının artmasına səbəb olmaqdadır. Avropa ölkələri mövcud perspektiv qaz mənbələrini nəzərə alaraq Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışır. Onlar qarşıdakı illərdə Azərbaycandan daha çox qaz almaq niyyətlərini də bəyan edib”.
Aydın Hüseynovun fikrincə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci fazasını reallaşdırılması Azərbaycanın gələcəkdə dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır: “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarında böyük ehtiyatlar var. Qaz hasilatının ildə-ilə artması respublikaya həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. Proqnozlara əsasən, 2022-2025-ci illərdə ölkəmizin qaz istehdsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla bilər. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq. Avropa istehlakçılarından əlavə tələbatları nəzərə alınaraq Aİ ölkələri ilə yeni danışıqların aparılması, yeni qaz müqavilələrinin imzalanması istisna olunmur. Cənab Prezident də vurğuladı ki, bizim qaz resurslarımız Aİ ölkələri üçün əlavə mənbələr ola bilər. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB