2021-ci ildə Avropada ÜDM-in həcmi 5,2 faiz artıb

2021-ci ildə Avropada ÜDM-in həcmi 5,2 faiz artıb

Avropa Statistika Ofisi “Eurostat”ın hesabatına görə, 2021-ci ildə İttifaqda ümumi daxili məhsulun həcmi 5.2 faiz artıb.

SİA-nın xəbərinə görə, “Eurostat” bildirir ki, bu, 1996-cı ildən sonra qeydə alınmış ən ciddi artımdır. Bu da Avropanın böhranın öhdəsindən gəldiyini deməyə əsas verir. 2020-ci ildə avrozonada 6.4 faiz, ittifaqda isə 5.9 faiz iqtisadi geriləmə qeydə alınmışdı.

Ötən ilin 3-cü rübü irəliləyiş, 4-cü isə geriləmə ilə xarakterizə olunub. Buna səbəb ilin sonunda yoluxma sayının artmasına görə bəzi məhdudiyyətlərin tətbiq olunmasıdır.

2021-ci ildə pandemiyanın iqtisadi fəsadları 2020-yə nisbətdə kifayət qədər az olub. Buna səbəb sərt qapanmaların olmamasıdır. 2021-ci ildə ən ciddi artım 7 faizlə Fransada və 6.5 faizlə İtaliyada qeydə alınıb. Bunlar iqtisadi gücünə görə müvafiq olaraq 2-ci və 3-cü iqtisadiyyatıdır. Halbuki qitənin birinci iqtisadiyyatı olan Almaniyada ötən il ÜDM-in artımı cəmi 2.8% olub. Bunun səbəbi avtomobil sənayesində yarımkeçirici qıtlığı üzündən istehsalın azalmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə