Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atılır - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atılır - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb. Cənab Prezident müsahibəsi zamanı bir sıra iqtisadi məsələlərə də toxunub. Bu məsələlərdən biri də qeyri-neft sektoru ilə bağlı verilən suala cavabda öz əksini tapıb.

“Cənab Prezidentin qeyd etdiyi kimi qeydi neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atılır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspert qeyd edib ki, bunun effektivliyi pandemiya səbəbindən son dövrlər azaldı: “Çünki, turist cəlbində ixtisas sahələrinin tənəzzülə uğraması nəticəsində biz bu sahədə müəyyən yavaşmaları müşahidə etdik. Lakin ümumi olaraq ötən illərlə müqayisədə baxsaq qeyri-neft sektorunda artımı görməmək mümkün deyil. İstər qeyri-neft ixracında, istərsə də qeyri-neft sektorunda biz bu artımı ötən illərlə müqayisədə ciddi şəkildə müşahidə edirik. Düşünürəm ki, qarşıdakı perspektivdə də, anti-post pandemiya dövründə də bu artım birmənalı olaraq özünü göstərmiş olacaqdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə