Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinin hərəsinə 4 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb.

Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə