Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib

Ötən il ərzində riskli əməliyyatlar üzrə 10 653 683,97 manatın dövlət büdcəsinə ödənilməsi təmin olunub.

SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev öz rəsmi "Twitter" səhifəsində paylaşım edib.

"Ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilərək nəticədə 10.653.683,97 manatın dövlət büdcəsinə ödənilməsi təmin olunub", - paylaşımda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə