Moldova ilə ticarət dövriyyəmiz 4,3 milyon dollar olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4,3 milyon dollar olub.

SİA Moldovanın Milli Statistika Bürosunun məlumatına istinadla xəbər verir ki, on ayda ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,2 milyon dollar təşkil edib. Azərbaycandan Moldovaya isə 1,1 milyon dollar dəyərində məhsul ixrac olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə