İki ölkə arasında ticarət həcmi rekord seviyyədə

2021-ci ilin sonu etibarı ilə Türkiyə və İtaliya arasında ticarət həcminin 20 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

SİA xəbər verir ki, İtaliya Ticarət və Sənaye Palatası Assosiasiyası tərəfindən Venesiya sarayında “Pandemiyadan sonrakı dövrdə İtaliya-Türkiyə ticarət əlaqələri” mövzusunda iqtisadi yığıncaq keçirilib.

İtaliya Ticarət və Sənaye Palatası Dərnəyinin prezidenti Livio Manzini tədbirin açılışında etdiyi çıxışında Türkiyə və İtaliyanın mövcud coğrafiyada sülh və sabitliyin təmin edilməsi üçün lazımlı addımları atdıqlarını, bu sahədə güçlü əməkdaşlıq edən iki müttəfiq ölkə olduqlarını bildirib. İtaliyanın Türkiyənin Avropa İttifaqının xeyirxahlıq prosesinə güclü dəstək verən ölkələrdən biri olduğuna diqqət çəkən Manzini: “Eyni coğrafiyada yerləşən İtaliya və Türkiyə sosial, mədəni və iqtisadi birliyin hər iki ölkənin ümumi maraqları üçün zəruri olduğu şuuru ilə hərəkət etməkdə davam edir. Beynəlxalq müştərək uğurumuza töhfə verən əsas fakt isə iki ölkə arasındaki güçlü əməkdaşlıqdır. Bu il iki ölkə arasındaki ticarət həcminin 20 milyard dolları keçməsi gözlənir ki, bu tarixi zirvə olaraq qeydə keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə