2022-ci ilin Dövlət Büdcəsində hansı yeniliklər olacaq? - İQTİSADÇI-EKSPERT AÇIQLADI
"2022-ci ilin büdcəsi Azərbaycanın müstəqillik dövründə xərclərin məbləği baxımından ən böyük büdcəsi olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, 2021-ci ildə proqnozlaşdırılan daha çox vəsaitlərin büdcəyə cəlb olunması eyni zamanda Azərbaycan iqtisadiyyatının 5 faizə yaxın böyüməsi növbəti il üçün daha nikbin proqnozların verilməsinə imkan yaratdı: "Ən vacib məqamlardan biri ondan ibarətdir ki, 2022-ci ildə büdcənin xərclərinin 46,5 faizi sosial sferaya yönələcək. Yəni bu isə ondan xəbər verir ki, 2022-ci ildə büdcədən ayrılan hər 100 manatın 46 manatından çoxu sosial istiqamətə xərclənəcək. Eyni zamanda yeni sosial paketin maliyələşdirilməsi üçün 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da ondan xəbər verir ki, sosial maliyələşmə, sosial istiqamətlər 2022-ci ilin dövlət büdcəsində əsas istiqamətlərdən biri kimi öz mövqeyini qoruyub saxlayacaq. Amma eyni zamanda təhsil, təhlükəsizlik və digər istiqamətlərə də daha çox vəsaitin ayrılması nəzərdə tutulur və praktiki olaraq biz bütün istiqamətlər üzrə daha çox vəsaitin ayrılmasını müşahidə edəcəyik. 2021-ci ildə artıq formalaşan qalıq da imkan verəcək ki, gələn il dövlət büdcəsinin dövlət fonduna transferlərin həcmini müəyyən qədər azaltmaq mümkün olsun. Ona görə 2022-ci ilin büdcəsi sosial büdcədir və bu müstəqillik tarixinin ən böyük büdcəsi olmaqla növbəti iqtisadiyyatın fərqli sektorlarına o cümlədən səhiyyə, təhsil və digər istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan verəcək".
Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB