“4-5 ayda hər hansı bir devolivasiya təhlükəsi yoxdur” - İQTİSADÇI EKSPERT AÇIQLADI

“4-5 ayda hər hansı bir devolivasiya təhlükəsi yoxdur” - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Dollar valyutasının Azərbaycanda ümumiyyətlə devolivasiya riski Azərbaycan tipli ölkələrinin iqtisadiyyatında həmişə olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif Bayramov deyib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayından etibarən qaz xətti işə düşməyə başladı: “Bildiyimiz kimi bu ildən etibarən Avropada qaz rezervinin azalması ilə əlaqədar olaraq dünyada qazın qiyməti kəskin şəkildə qalxmağa başladı. Rusiya prezidentinin Avropanın qaz təminatı ilə təmin edəcəyi fikirlərdən sonra qiymətlər nisbətən aşağı düşməyə başladı. Amma buna baxmayaraq yenə də indiki qiymətlər son illərin rekord göstəricisidir. Bildiyimiz kimi Azərbaycan da strateji tərəfdaşlardan biridir. Avropanı qazla təmin etməyə başlayıb. Bundan əlavə neftin də qiyməti son illərin ən pik həddinə gəlib çıxmaqdadır. Bildiyimiz kimi iqtisadiyyatları neft gəlirləri üzərinə quran ölkələrdə bu faktorlar çox önəmlidir. Azərbaycana da neft və
qaz qiymətlərinin kəskin artması ilə bağlı dövlət büdcəsinə xarici valyutanın daxil olması kəskin artacaqdır. Düşünürəm ki, qarşıdakı 4-5 ayda hər hansı bir devolivasiya təhlükəsi yoxdur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə