Rusiyadan buğdanın ixrac qiymətləri qalxıb

Rusiyadan buğdanın ixrac qiymətləri qalxıb

Kənd təsərrüfatı bazarlarını araşdıran "Sovekon" analitik şirkətinin verdiyi məlumata görə, Rusiya buğdasının ixrac qiymətləri bu ilin aprelindən bəri maksimum səviyyəyə yüksəlib.

“Ötən həftənin sonunda zülal miqdarı 12,5 faiz olan Rusiya buğdasının qiymətləri 3 dollar möhkəmlənərək bir ton üçün 301 dollara yüksəldi. Bu, 2021 -ci ilin aprelindən bəri ən yüksək qiymət səviyyəsidir". SİA bunu TASS-a istinadən bildirir.

Şirkətdən verilən məlumata görə, iyul ayından buğdanın qiyməti hər ton üçün 50 dollardan çox artıb. Qiymət artımının arxasında duran amillər arasında Rusiya və Kanadada yeni məhsul yığımından gözləntilərin pisləşməsi, daxili qiymətlərin artması və zəif proqnozlaşdırılan ixrac rüsumunun təsiri da var.

Bundan əlavə, rus məhsulu quru və isti hava səbəbiylə ciddi ziyan gördü. Məlumat yalnız iyul ayında ortaya çıxan qış bitkilərinin əkin sahələrinin azalması da öz təsirini göstərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə