QDTİB-nin Azərbaycanda təsdiq etdiyi əməliyyatların məbləği nə qədərdir?
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2021-ci ilin iyulunadək Azərbaycan üçün 140 477 504 avro məbləğində səkkiz əməliyyatı təsdiq edib. Bu barədə Salonikidə keçirilən "Qara dəniz regionu post-pandemiya dövründə: QDTİB rəhbərliyi ilə strateji dialoq" adlı tədbirdə deyilib.
Qeyd olunub ki, əməliyyatlar üçün artıq ayrılmış məbləğ 131 195 562 avro, ödənilməmiş məbləğ isə 84 950 868 min avro təşkil edib.
Ümumiyyətlə, QDTİB-in İdarə heyətinin 2021-ci ilin iyulunadək təsdiq etdiyi əməliyyatların sayı 164, məbləği 3,6 milyard avrodan çox təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB